Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 18:05
Müğənni Abbas Əhməd ermənilər tərəfindən oğurlanan mahnısı barədə açıqlama verib.
Sonxeber.net xəbər verir ki, sənətçi olay-a danışarkən bildirib ki, onlar professional şəkildə plagiat ediblər:
"Çox bic kimi yanaşıblar. Musiqinin hər hissəsindən bir az oğurlayıblar. Kimdirsə, çox professional oğrudur. Bəli, mənim mahnıma oxşayır. Elə giriş hissəsində də bənzərlik var. Buna müəllif hüquqları baxır. Onlarla məsləhətləşmək lazımdır. Mən hazırda Rusiyadayam, Azərbaycana gələndə onlarla görüşüb bu məsələni həll edərik".
Qeyd edək ki, ermənilər sənətçinin "Ürəyim yanar" mahnısının musiqisini oğurlayaraq Şuşaya mahnı həsr ediblər.