Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 18:20
Kommunal xidmətlərdə tariflərin qalxması bir neçə məsələləri də gündəmə gətirdi. Onlardan biri də evlərdə elektrik, su və qazdan istifadəyə qənaətlə bağlıdır.
Evdə, işdə və istehsalatda. Onlardan hər gün, istifadə edirik. Ayın sonunda isə qəbzlərdəki rəqəmləri görüb təəccüblənirik. Bəzən də məsuliyyətsiz davranışımız bizə baha başa gəlir. Söhbət kommunal xidmətlərdən gedir. Hansı ki, bunlardan istifadə zamanı diqqət etməli olduğumuz çox vacib məqamlar var. Xüsusilə də sərfiyyat və təhlükəsizliklə bağlı.
Ən çox istifadə etdiyimiz kommunal xidmətlərdən biri də elektrik enerjisidir. Qənaət edilmədikdə, ay ərzində ən çox pulu məhz işığa ödəyirik.
Elektriklə işləyən məişət əşyalarının düzgün yerdə quraşdırılmaması da əlavə xərclərə səbəb olur.
Qaz sərfiyyatını minimuma endirmək üçün isə qənaətli avadanlıqlardan istifadə tövsiyə olunur.
Xüsusilə bəzi istilik sistemləri var ki, onlar sıradan çıxarılmalıdır. Çünki həm təhlükəlidir, həm də əlavə sərfiyyat tələb edir.
Damcı-damcı göl olar, deyiblər. İçməli suya da beləcə qənaət etməsək, yoxsa ayın sonunda daha çox xərcə düşərik.
Suyu yüksək təzyiqlə açmaqla da kommunal xərcləri 30-40 faiz artırmış oluruq.
Mütəxəssislərin fikrincə, istifadə etmədiyimiz hər bir avadanlığın şəbəkəyə qoşulu və ya açıq qalması, evdən çıxarkən cihazların söndürülməməsi də sərfiyyata təsir edir. Bundan başqa kommunal xərcləri azaltmağın bir yolu da evə qənaətcil avadanlıqların seçilməsidir.
Sonxeber.net xəzər tv-nin hazırladığı sujeti təqdim edir: