Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 17:24
ABŞ-ın Virciniya ştatından olan əkizlər eyni vaxtda ərə gediblər və iki saat fərqlə eyni gündə uşaq sahibi olublar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 34 yaşlı Reyçel və Kim Sonders gələcək həyat yoldaşları ilə 2017-ci ildə əkizlərə həsr olunmuş festivalda tanış olublar. Tanışlıqdan altı ay sonra hər iki bacı nişanlanıb və 2018-ci ildə amerikalılar bir yerdə toy ediblər.
2020-ci ilin avqustunda Sonders bacıları hamiləlikdən xəbər tutublar. Doqquz aydan sonra onlar birlikdə eyni doğum evinə doğuş etməyə gediblər.
Onlar deyiblər ki, do\uş sancıları arasında kart oynayıblar. Nəticədə əkiz bacılar eyni gündə bir neçə saatlıq fərqlə oğlan uşaqları dünyaya gətirib. İndi oğlanlar da birlikdə çox vaxt keçirirlər.