Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 23:36
Birinci və ikinci dozanı "Pfizer" vaksini vurduranlar üçüncü dozanı da "Pfizer" vurdura bilərlər.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.
O bildirib ki, vətəndaşlar 3-cü doza olaraq istədikləri növ peyvənddən istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə "Pfizer-BioNTech" vaksini vurulan tibb müəssisələrinin sayı yanvar ayında 2 dəfə artırılıb. Hazırda ölkəmizdə 68 tibb müəssisəsində "Pfizer" vurulur.