Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 18:00
Koronavirus katarakt və konyunktivit kimi göz xəstəliklərinə səbəb ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru Tatyana Şilova COVID-19-un təhlükəli nəticələri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, infeksiya görmə sinirlərə də təsir edə bilər.
"Tromboz, görmə sinirinin zədələnməsi baş verə bilər, katarakta güclənə bilər. İnfeksiya nəticəsində yaranan konyunktivit və keratitə tez-tez rast gəlinir", - deyə həkim bildirib.
Bununla belə mütəxəssis qeyd edib ki, sadalanan xəstəliklər adətən koronavirus infeksiyasının ikinci dərəcəli ağırlaşmalarıdır.