Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançımız ikinci oldu

İdmançımız ikinci oldu

Tarix: 6 Fevral 2022 23:44

Parisdə keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıb.

Sonxeber.net bildirir ki, təmsilçimiz həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu medal Azərbaycan komandasının turnirdə ikinci mükafatıdır. Belə ki, bundan əvvəl komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) də yarışda ikinci yeri tutub.

Xatırladaq ki, Azərbaycan bu gün başa çatan yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edib.


Etiketlər:  İdmançımız ikinci oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ