Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 23:28
Maurisio Sarri "Yuventus"un məşqlərinə qayıdıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandasının bugün məşqində iştirak edib.
60 yaşlı mütəxəssisin A seriyasının 3-cü turunda sentyabrın 14-ü keçiriləcək "Fiorentina" ilə matçda komandanın başında olacağı gözlənilir.
Qeyd edək ki, Sarri pnevmoniya xəstəliyindən müalicə aldığı üçün məşqlərdə və oyunlarda komandaya rəhbərlik etmirdi. Ölkə çempionatının ilk iki turuna Turin təmsilçisini Sarrinin köməkçisi Covanni Martuşello çıxarıb.