Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəldi - Pekin-2022

Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəldi - Pekin-2022

Tarix: 8 Fevral 2022 08:18

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.

Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda "24-lüy"ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-i məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Etiketlər:  Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəldi Pekin 2022


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ