Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib - VİDEO

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib - VİDEO

Tarix: 8 Fevral 2022 16:25

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "O üz" proqramında qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:

"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".

Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.


Etiketlər:  Baloğlan Əşrəfov səbəbdən xəstəxanaya getməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ