Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəbələ" iddiasını ortaya qoyacaq" - Elmar Baxşıyev

Tarix: 8 Fevral 2022 21:16

"Düşündüyümüz kimi oyun ağır keçdi. Bilirdik ki, "Sabah" da iddialı və heyətində yaxşı futbolçuların cəmləşdiyi komandadır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Sabah"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

0:3 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı "Qəbələ"nin sonadək iddiasını ortaya qoyacağını bildirib: "Görüşə yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dəyərləndirmədik. Rəqib əlinə düşən imkanlardan yararlandı və layiqli qələbə qazandı. Hakimlərin işinə də qiymət verən qurum var. İnanırıq ki, onlar da öz qeydlərini aparacaqlar. Bizə göstərilən sarı vərəqənin niyə görə verilməsi sual olaraq qaldı. Ümumilikdə baş hakim görüşü normal idarə etdi. Ola bilər ki, hər hansı xırda follar bizə fərqli görünürdü. Amma ümumi götürsək, normal idarəçilik oldu. Ruan Renato sarı vərəqə üzündən bu matçda yox idi. 13-14 futbolçumuz var, digərləri gənclərdir. Hər bir itki oyunumuza təsir edir. Ruan Renato aparıcı futbolçularımızdandır. Düşünürəm ki, "Qəbələ" komanda olaraq ruhdan düşməyəcək, daha da iddiasını ortaya qoyacaq".

Milli.Az


Etiketlər:  Qəbələ iddiasını ortaya qoyacaq Elmar Baxşıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ