Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əri ilə dalaşıb özünü maşından atdı

Əri ilə dalaşıb özünü maşından atdı

Tarix: 9 Fevral 2022 07:18

Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəmnində qadın ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.

Daha sonra qadın özünü avtomobildən yerə atıb.

O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Əri ilə dalaşıb özünü maşından atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ