Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 13:52
Rusiya Ukraynanı ələ keçirməkdə maraqlı deyil. O, ilk növbədə təhlükəsizlik məsələlərini həll etmək üçün danışıqlara can atır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin baş diplomatı Jozep Borrell çıxış edib.
"Məqsəd Ukraynanı işğal etmək deyil. Rusiya üçün mühüm məsələ - NATO-nun genişlənməsi və mövcud təhlükəsizlik problemlərini müzakirə etmək üçün danışıqlara nail olmaqdır", - Borrell söyləyib.
O izah edib ki, Rusiya üçün vacib olan Ukrayna deyil, Avropada yeni təhlükəsizlik arxitekturasıdır:
"Hesab edirəm ki, Rusiya üçün Ukrayna deyil, Avropanın yeni təhlükəsizlik arxitekturası önəmlidir. Rusiyanın təhlükəsizlik narahatlığı və bu haqda danışmaq istəyi var, ona görə də Ukraynaya təzyiq edir".