Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 23:32
"Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfərinin gedişində heç bir təklif səsləndirmədi, tərəflər yalnız ideyaları müzakirə etdilər".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Fransa prezidentinin Kiyevə səfəri barədə danışarkən deyib.
"Prezident Makron Kiyevə təkliflərlə deyil, ideyalarla gəlmişdi. Biz indi elə bir dönəmdəyik ki, kimlərlə təmasda oluruqsa, vəziyyəti dalandan çıxarmaq üçün məqbul kompromisləri və addımları maksimum anlamağa çalışırlar", - Kuleba bildirib.
Nazir qeyd edib ki, Ukrayna rəhbərliyi üçün xaricdən edilən hər hansı təzyiq qarşısında geri çəkilmək qəbuledilməzdir.
Xatırladaq ki, fevralın 8-də Fransa lideri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Bundan əvvəl isə Emmanuel Makron Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna böhranının nizamlanmasının mümkün yollarını müzakirə etmişdi.