Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 07:24
Həm sağlam arıqlamaq, həm də itirdiyiniz çəkini geri qaytarmaq istəmirsinizsə, qatıqlı xurma pəhrizi köməyinizə çatacaq.
Publika.az xəbər verir ki, adı "Qurani-Kərim" kitabında olan xurmanın insan orqanizminə saymaqla bitməyən faydaları var. Bu meyvəni güclü kalsium qaynağı olan qatıqla birlikdə yesəniz, qısa müddətdə qalıcı olaraq çəki ata bilərsiniz.
Gündəlik həyatda qarşılaşdığınız bir çox narahatlıqların öhdəsindən gələn xurma həm də toxluq hissi verir. Buna görə də çəki atmağı asanlaşdırır. Qatıqla birlikdə yeyiləndə isə effekti ikiqat artır.
Xurma-qatıq pəhrizində səhər, günorta və axşam olmaqla, gündə ən az 21 ədəd xurma yeməlisiniz. Bununla birlikdə 3 qab yağsız qatıq istifadə olunmalıdır. 1 həftə ərzində tətbiq edəcəyiniz bu menyu ilə 5 kq çəki itirə bilərsiniz.
Qatıq həm aclıq hissinin öhdəsindən gələcək, həm də proteinlə təmin edəcək. Xurma isə lifləri sayəsində həzmi asanlaşdıracaq. Əgər xurmanın arıqladıcı xüsusiyyətindən faydalanmaq istəyirsinizsə, yaş xurmadan istifadə edin.
Xurmanın faydaları
- Ana südünün miqdarını və keyfiyyətini artırır.
- Metabolizmin sürətlənməsinə kömək edir.
- Əzələləri qüvvətləndirərək doğuş sancılarını azaldır.
- Bağırsaq və yumurtalıqda yarana biləcək xərçəngin qarşısını alır.
- Həzm sistemini asanlaşdırır və qəbzliyin yaranmasını əngəlləyir.