Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Malıbəyli və Quşçularda törətdiyi qətliamla bağlı MÜRACİƏT

Ermənistanın Malıbəyli və Quşçularda törətdiyi qətliamla bağlı MÜRACİƏT

Tarix: 10 Fevral 2022 14:18

Ombudsman Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamlardan 30 il ötməsi ilə bağlı müraciət edib.

Ombudsman Aparatından Sonxeber.net-a verilən məlumata görə, müraciətdə bildirilib ki, tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olub.

"İnsanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olub. 10-12 fevral 1992-ci il tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırım cinayəti törədərək, içərisində uşaq, qadın və ahıl insanlar olmaqla 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb. Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər. İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək", - deyə məlumatda qeyd olunub.


Etiketlər:  Ermənistanın Malıbəyli Quşçularda törətdiyi qətliamla bağlı MÜRACİƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ