Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda dəhşət: Sərxoş ata özünü və fiziki məhdudiyyətli övladlarını yandırmaq istədi

Bakıda dəhşət: Sərxoş ata özünü və fiziki məhdudiyyətli övladlarını yandırmaq istədi

Tarix: 10 Fevral 2022 17:44

Bakıda ata özünün və fiziki məhdudiyyətli azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, evdə bağlı qapı arxasında sərxoş vəziyyətdə olan Qabil Şıxıyev özünün və azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman evdəki əşyalar yanmağa başlayıb.

Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıblar. Onlar yanacaq dolu olan şüşə qabı Q.Şıxıyevin əlindən alaraq, özünü və uşaqlarını yandırmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda dəhşət Sərxoş ata özünü fiziki məhdudiyyətli övladlarını yandırmaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ