Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 22:04
Ermənistanda "Karyak Media" şirkəti fəaliyyətini fayandırıb.
Bu barədə şirkətin qurucularından biri Samvel Farmanyan bildirib.
Onun sözlərinə görə, şirkətə daxil olan "ArmNews" telekanalı, "ArmNews FM" radiosu və "Tert.am" saytı bağlanıb.
Samvel Farmanyan bildirib ki, media şirkətinin fəaliyyəti ilə bağlı uzun müddətdir suallar yaranmışdı. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri də gəlib.
"Biz həmçinin satış üçün bir neçə variant müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də çətin, lakin ən real qərarı verdik ", - deyə Farmanyan bildirib.
Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb.
Farmanyan qeyd edib ki, indiki formatda işləmək ilk növbədə, onlar üçün yanlışdır.