Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur şou niyə yayımdan qaldırıldı?

Məşhur şou niyə yayımdan qaldırıldı?

Tarix: 11 Fevral 2022 11:30

Xəbər verdiyimiz kimi, Türkyənin "Fox" telekanalında nümayiş "Maske kimsin sen" adlı musiqi yarışması 9-cu bölümdən sonra yayımdan qaldırılacaq.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, müsabiqənin münsiflərindən biri olan aktyor Alican Yücesoy verilişin hansı səbəbdən dayandırıldığı barədə açıqlama verib.

O, yarışmanın 50 faiz reytinq qurbanı olduğunu, 50 faiz isə proqramın siyasi dairələrdə müzakirəyə səbəb olduğunu bildirib.

Qeyd edək ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilmişdi. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırmışdı.

Bildirilmişdi ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.

Bundan əvvəl isə Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını araşdırmağa başlamışdı.

Xatırladaq ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcılığı isə Tansel Öngelə həvalə olunub.


Etiketlər:  Məşhur şou niyə yayımdan qaldırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ