Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlamlığımızla bağlı BİLMƏDİYİMİZ 10 FAKT

Sağlamlığımızla bağlı BİLMƏDİYİMİZ 10 FAKT

Tarix: 12 Fevral 2022 03:06

Günümüzdə insan anatomiyası və sağlamlığı barədə bir çox şey məlumdur, tədqiqatların nəticələri də hər kəs üçün əlçatandır.

Lakin qarşısı alına biləcək səbəblərdən ölənlərin sayı hələ də çoxdur: buna təsir edən əsas amillər yanlış qidalanma, fiziki aktivliyin az olması və bu iki "zəifliyin" doğurduğu problemlərdir.

Görünür, elmin bizə hədiyyə etdiyi biliklərdən hər kəs istifadə etmir.  

Oxu.az sizə sağlamlıq haqqında bilməli olduğunuz faktların siyahısını təqdim edir:

1. Şəkər siqaret qədər zərərlidir

Şəkərin həddən artıq çox istifadəsi siqaret çəkmək kimi, ürək-damar sisteminə təsir edir, insult riskini artırır və hətta bəzi xərçəng növlərinin inkişafına səbəb olur.

Gün ərzində ən çox 6-7 qaşıq istifadə etdikdə, təhlükə xeyli azalır. Amma hansımız bunu edirik? Məsələn, çay və qəhvəni şəkərsiz içsək də, eyni zamanda, rasionumuza müxtəlif içki, sous, şirniyyat və şəkər dozası yüksək olan digər məhsullar daxil etməklə böyük miqdarda şəkər istifadə etmiş ola bilərik.

2. Optimizm sağlamlığa müsbət təsir edir

İnsanlar yaşlandıqca daha pessimist olurlar. Bəlkə də, bunun öz səbəbləri var. Lakin sağlamlıq naminə optimistliyi qorumaq lazımdır. Tədqiqatlar sübut edir ki, optimistlər öz sağlamlıqları barədə daha çox bilirlər, daha sosialdırlar, xəstəlik və çətinliklərlə daha rahat mübarizə aparırlar. Tez-tez gülmək ürək-damar xəstəlikləri riskini də azaldır.

3. 90 dərəcə düz oturmaq kürəyə mənfi təsir göstərir

Qamət haqqında düşünməsəniz, çətin ki, düz oturasınız, daha çox sizə rahat olduğu kimi oturacaqsınız. Yəni "qaydasında" oturmaq üçün siz gərginləşirsiniz. Zamanla bu, ağrılara səbəb olacaq, qaməti isə fitnes, yoqa və başqa üsullarla düzəltmək mümkündür.

4. Biz soyuqdan soyuqlamırıq

Belə bir mif mövcuddur ki, soyuqdəymə orqanizmin həddindən artıq soyumasının nəticəsidir, amma bu, belə deyil, soyuqdəyməyə səbəb virusdur. Sadəcə, soyuq vaxtlarda onun yayılması üçün mühit daha əlverişlidir: otaq və nəqliyyat vasitələrinin havası dəyişdirilmir və virus rahat şəkildə insandan insana ötürülür.

Yeri gəlmişkən, KRVİ (kəskin respirator virus infeksiyaları)  müalicə olunmur: antibiotiklər viruslara qarşı təsirsizdir, alternativ təbabətin effektivliyi də sübut olunmayıb. Edə biləcəyimiz yeganə şey simptomlarla mübarizə apararaq, öz vəziyyətimizi yüngülləşdirməkdir.

5. Ürək-damar xəstəlikləri və yüksək təzyiq xərçəngdən daha qorxuncdur

Adətən, sağlam insanlar ürəklə bağlı problemlərdən çox, xərçəngdən qorxurlar, lakin statistik məlumatlara əsasən, ürək xəstəliklərindən ölmək riski qat-qat yüksəkdir. Xoşbəxtlikdən biz bu xəstəliklərin profilaktikası haqqında çox şeyi bilirik: yenə də fiziki aktivlik, sağlam qida, zərərli vərdişlər və alkoqoldan imtina.

6. Sərt döşəkdə yatmaq faydalı deyil!

Tədqiqatlar göstərir ki, sərt döşək bədənin bud, çiyin hissələrinə təzyiq göstərərək, nəticədə, kürək və boyun nahiyəsində ağrılara səbəb olur. Döşəyi çəkinizə görə seçin. Çəkiniz nə qədər azdır, döşək də bir o qədər yumşaq olmalıdır. Yaşlı insanlara yumşaq döşəkdə yatmaq daha yaxşıdır - bu onlarda oynaq ağrılarını azaldır.

7. Beyinin yaşlanmasını ləngitməklə bütün orqanimin yaşlanmasını ləngidirik

60-70 yaşından sonra neyronların itirilməsi əqli bacarıqların azalmasına və yaddaş zəifləməsinə səbəb olur. Bu proses qarşısıalınmazdır, lakin onu yavaşlatmaq olar. Zərərli vərdişlərdən imtina, bədənin yaxşı formada saxlanılması, eləcə də, yüngül beyin məşqləri (krossvord həlli və ya sadəcə kitab mütaliəsi) burada müsbət təsir göstərə bilər.

8. Tərləmə kalori və piyi əritmir

Tər orqanizmin bədənin yüksək temperaturuna göstərdiyi reaksiyasıdır və sadəcə, su ilə duzları bədəndən çıxarır. Artıq çəki və ya yaxşı fiziki hazırlıq tərləməni artırır. Düzdür, itirdiyiniz maddələr sayəsində bir balaca çəki atacaqsınız, lakin adi su içməklə hər şey əvvəlki halına qayıdacaq.

9. Yağın miqdarı az olan məhsullar faydalı deyil

Əgər yeməkdə yağ azdırsa, çox güman ki, onun ya şəkəri, ya duzu çoxdur. Bu isə vəziyyəti daha da korlayır. Əks təqdirdə bütün zərərli yeməklər bu qədər dadlı olmazdı. Yağın özü insanı kökəltmir, səbəb onda olan kalorilərin çoxluğu, nizamlanmış pəhrizin olmaması və fiziki passivlikdir.

Məhsullarda kifayət qədər yağın olması insanı doydurur və biz uzun müddət acmırıq. Bəzi yağlı məhsullar isə arıqlama prosesində kömək də edir. Məsələn, yumurta, zeytun yağı, süd məhsulları, qoz.

10. Gündə 2-3 l su içmək lazım deyil

Alkoqoldan başqa, istənilən içki bizə su verir. Həmçinin su meyvə və tərəvəzlərin, supların və s. qidaların tərkibində var. Lakin adi su da orqanizmə lazımdır. Mütəxəssislər gün ərzində təxminən 1 l qədər adi su içməyi tövsiyə edirlər. Öz orqanizminizə qulaq asın: istədiyinizdən artıq su içsəniz, siz sadəcə olaraq ayaq yoluna daha çox getməli olacaqsınız.


Etiketlər:  Sağlamlığımızla bağlı BİLMƏDİYİMİZ FAKT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ