Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 12:24
Bakı. İlhamə İsabalayeva - Trend:
UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.
Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.
Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən qarşılanacaq.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin