Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 12:44
Türkmənistanda növbədənkənar prezident seçkilərinin tarixi müəyyənləşib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, seçkilər martın 12-də keçiriləcək.
Qeyd edək ki, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Q.Berdıməhəmmədov səslərin 97,28 %-i toplayıb. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.