Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 17:00
Rusiyalı müğənni Avraam Russo növbəti dəfə ayağından əməliyyat olunmaq üçün ABŞ-yə gedib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, səfər zamanı ifaçı ABŞ hava limanında saxlanılıb. Buna səbəb Avraamın Kennedi hava limanında sənədini (Amerika vətəndaşının pasportunu) itirdiyinin ortaya çıxması olub. 2 saatdan sonra onun pasportu təyyarənin salonundan tapılıb və ifaçı sərbəst buraxılıb.
O, bildirib ki, əmliyyatdan sonra yenidən Moskvaya qayıdacaq.
Qeyd edək ki, bu, Avraamın ilk belə əməliyyatı deyil. Bu yaxınlarda o, omba nahiyəsindən əməliyyat olunub. Sənətçinin səhhətində problemlər hələ 2000-ci illərdə, onun həyatına qəsddən sonra başlayıb. İllər əvvəl ayağına qoyulan mil qan dövranının pozulmasına səbəb olduğu üçün dəyişdirilib.