Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan "Qarabağ"la bağlı paylaşım - FOTO

UEFA-dan

Tarix: 15 Fevral 2022 07:58

Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Paylaşımda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yer alıb. İzləyicilərə isə belə sual ünvanlanıb: "O, "Qarabağ"da mövsümün oyunçusu ola bilərmi"?

Xatırladaq ki, Kadi "Neftçi" ilə qarşılaşmada (2:1) dubl edib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Milli.Az


Etiketlər:  UEFA dan Qarabağla bağlı paylaşım FOTO


RƏYLƏR