Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın müdafiə naziri hərbi vəziyyətldən danışdı

Ukraynanın müdafiə naziri hərbi vəziyyətldən danışdı

Tarix: 15 Fevral 2022 08:40

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, bu gün ölkədə hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas yoxdur.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barəd nazir ICTV telekanalının efirində açıqlama verib.

"Əminəm ki, bu gün xüsusi rejimi təqdim etmək üçün əsas yoxdur", - deyə o, Ukraynanın ICTV telekanalının efirində hərbi vəziyyətin gözlənilməli olub-olmaması sualını cavablandırarkən deyib.

Ukrayna müdafiə naziri bildirib ki, yalnız media sahəsindəki vəziyyəti tənzimləmək və normallaşdırmaq lazımdır.

"Mən tam əminəm ki, biz bu böhrandan sağ çıxacağıq. Əvvəla, bu, həqiqətən də informasiya xarakteri daşıyır. Amma birbaşa təcavüz olarsa hərbi vəziyyət tətbiq ediləcək. Ümid edirəm ki, belə bir şey baş verməyəcək və hər şey yaxşı olacaq", - deyə Reznikov əlavə edib.


Etiketlər:  Ukraynanın müdafiə naziri hərbi vəziyyətldən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ