Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN əhaliyə müraciət etdi:

FHN əhaliyə müraciət etdi:

Tarix: 15 Fevral 2022 12:22

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir ki, FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.

FHN qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırır.

Milli.Az


Etiketlər:  əhaliyə müraciət etdi


RƏYLƏR