Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avroviziya-2022”də Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb

“Avroviziya-2022”də Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb

Tarix: 16 Fevral 2022 10:15

"Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb.

Bu barədə Sonxeber.net-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.


Etiketlər:  Avroviziya 2022də Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ