Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 08:14
Alimlər aşkar ediblər ki, COVID-19-a yoluxanların psixi sağlamlığının pisləşmə riski digər insanlarla müqayisədə 60 faiz çoxdur.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, tədqiqatçılar bu barədə təhlil aparıblar.
Belə ki, onlar bir il ərzində orta yaş həddi 63 olan nəzarət qruplarından neyrokoqnitiv geriləmə, stress, narahatlıq, yuxu pozğunluğu və depressiya ilə bağlı müxtəlif məlumatlar üzərində işləyiblər.
Tədqiqatda elm adamları COVID-19-a yoluxanların psixi sağlamlığının pisləşmə riskinin yoluxmayanlara nisbətən 60 faiz daha yüksək olduğunu müəyyən ediblər.
Alimlər qeyd ediblər ki, COVID-19-un müalicəsi üçün xəstəxanaya yerləşdirilənlərdə psixi sağlamlığın pisləşmə riski daha yüksəkdir.
Şeffild Universitetinin tədqiqat qrupundan professor Skott Viç COVID-19-un psixi sağlamlığa mənfi təsirləri ilə bağlı konkret məlumatlara sahib olduqlarını qeyd edib.
Professor əlavə edib ki, COVID-19-a yoluxma ilə yanaşı, təcrid və komendant saatı kimi tədbirlər də psixi sağlamlıq pozğunluqlarına mənfi təsir edib.
Tədqiqatçılar xəbərdarlıq edib ki, koronavirusdan sağalanların psixi sağlamlığı ilə müalicəsi epidemiyadan sonra əsas prioritetlər sırasında olmalıdır.