Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirniyyata meyilliliyi azaldan qidalar açıqlandı

Şirniyyata meyilliliyi azaldan qidalar açıqlandı

Tarix: 20 Fevral 2022 17:30

Dietoloq Emi Qudson şirniyyata olan həvəsi azaldan və çəki artımının qarşısını alan məhsulları açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssis izah edib ki, şirniyyata meyillilik qida çatışmazlığı və ya rasionda yarıfabrikat qidaların çoxluğu nəticəsində baş verə bilər. Odur ki, şəkər istehlakını azaltmaq üçün əsas şərtlərdən biri sağlam qidalanmaqdır.

Bu baxımdan da səhər yeməyi xüsusi əhəmiyyətə malikdir. Qudson doyumlu və sağlam səhər yeməyi üçün tərəvəzli omlet və tost, yaxud da meyvə və qoz-fındıq ilə yulaf əzməsi təklif edib. O, gün ərzində qəlyanaltılar üçün lif və proteinlə zəngin qidaları seçməyi məsləhət görüb. Dietoloqun fikrincə, pendir və meyvələr, qatıq və giləmeyvə, ət, fıstıq yağı ilə tost əla seçimdir.


Etiketlər:  Şirniyyata meyilliliyi azaldan qidalar açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ