Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Marsel'' Bakı səfərindən əvvəl məğlub olub

''Marsel'' Bakı səfərindən əvvəl məğlub olub

Tarix: 21 Fevral 2022 07:46

Futbol üzrə Fransa çempionatında 25-ci tura yekun vurulub. Sonxeber.net matc.az-a istinadən bildirir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

"Reyms" - "Brest", "Sent-Etyen" - "Strasbur" və "Bordo" - "Monako" matçlarında qalib müəyyənləşməyib.
 
"Nitsa" "Anje"ni, "Renn" "Trua"nı məğlub yola salıb. "Loryan" evdə "Monpelye"yə məğlub olub.
 
Avropa Konfrans Liqasında "Qarabağ" üzərində qələbə qazanan Marsel "Olimpik"i isə həmin oyundan sonra "Klermon"u sınağa çəkib. Ağdam klubunun rəqibi Bakı səfərindən öncə doğma meydanda 2 cavabsız qola üzülüb.
 
Fransa Liqa 1
25-ci tur
 
18 fevral
 
Lill - Mets 0:0
 
19 fevral
 
Lans - Olimpik (Lion) 1:1
Qol: Klaus, 13 - Kadevere, 44.
 
Nant - PSJ 3:1
Qol: Muani, 4. Merlin, 16. Blez, 45+5 - Neymar, 47.
 
20 fevral
 
Nitsa - Anje 1:0
Qol: Kluyvert, 19.
 
Loryan - Monpelye 0:1
Qol: Savanye, 56.
 
Reyms - Brest 1:1
Qol: Faes, 4 - Satriano, 34.
 
Renn - Trua 4:1
Qol: Jirassi, 14; 20. Terrye, 75. Laborde, 87 - Uqbo, 39.
 
Sent-Etyen - Strasbur 2:2
Qol: Budebuz, 4. Xazri, 34 - Diallo, 21. Perrin, 30.
 
Bordo - Monako 1:1
Qol: Udin, 22 - Marselo, 67-öz qapısına.
 
Olimpik (Marsel) - Klermon 0:2
Qol: Bayo, 13. Allevina, 84.


Etiketlər:  Marsel Bakı səfərindən əvvəl məğlub olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ