Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emreli kənarda qaldı, “Dinamo” xal itirdi

Emreli kənarda qaldı, “Dinamo” xal itirdi

Tarix: 21 Fevral 2022 12:38

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya çempionatının XXIV turunda "Lokomotiva" ilə görüşüb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahir bu qarşılaşmada da şans qazanmayıb. Bu görüşdə onun komandası xal itkisi ilə üzləşib - 0:0.

Qeyd edək ki, 23 oyunda 50 xal toplayan "Dinamo" çempionatın lideridir.

Milli.Az


Etiketlər:  Emreli kənarda qaldı Dinamo xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ