Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ernandes itinə görə hakim qarşısına çıxarılıb

Ernandes itinə görə hakim qarşısına çıxarılıb

Tarix: 21 Fevral 2022 21:22

İtaliyanın "Milan" klubunun və Fransa millisinin futbolçusu Teo Ernandes iti ilə bağlı insidentlə əlaqədar məhkəmə qarşısına çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin saxladığı pitbul yaşlı qadının küçədə gəzdirdiyi iti dişləyərək öldürüb.

Qadın iti xilas etmək istəyərkən pitbul onun da üzərinə atılıb. İddiaya görə, adı açıqlanmayan şəxs şok keçirərək xəstəxanaya yerləşdirilib. O, futbolçuya qarşı qanuni tədbir görülməsini istəyib.

Qeyd edək ki, Teo Ernandes bir müddət öncə "Milan"la 2026-cı ilin yayınadək müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Ernandes itinə görə hakim qarşısına çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ