Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş Prokuror: “Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır”

Baş Prokuror: “Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır”

Tarix: 22 Fevral 2022 11:42

"Biz prokurorluq olaraq etik normalar çərçivəsində tənqid və iradlara açığıq. Lakin xoşagəlməz üslub qəbuledilməzdir. Bəzən media insanı qıcıqlandırıcı tərzdə yazır".

Milli.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, gündəmə gəlmək üçün sensasiya xarakterli məlumatlar olmamalıdır:

"Prokurorluq İnsan hüquqlarının qorunmasını da təmin edir. Azərbaycanda "Media haqqında" yeni qanun qəbul edilib. Bəzi hallar olub ki, biz media nümayəndələrini, bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik. Bəzən barələrində inzibati işlər başlatmışıq.

Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır".

O qeyd edib ki, media nümayəndəsinin peşəkarlığına üstünlük verilir:

"Prokurorluq orqanı olaraq düşünürük ki, media fəaliyyətində sifarişli yazı, kiminsə kiməsə qarşı əsassız ittihamları doğru deyil. Gündəmdə qalmaq üçün sensasiya xarakterli məlumatlar yaratmaq üçün belə addım atılmamalıdır".

Milli.Az


Etiketlər:  Baş Prokuror Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ