Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 12:42
Moskva məhkəməsi Rusiya İstintaq Komitəsi Baş İstintaq İdarəsinin keçmiş müstəntiqi Qrey Əfəndiyevə beş milyon rubl rüşvət işi üzrə hökm çıxarıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.
Təqsirləndirilən şəxs korrupsiyada vasitəçilikdə təqsirli bilinib. O, dörd il cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
Tərəflərin müzakirəsi zamanı prokuror keçmiş müstəntiqin 11 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılmasını istəyib. Əfəndiyev istintaq zamanı özünü təqsirli bilib, məhkəmə prosesində isə ittihamın yüngülləşdirilməsində israr edib. Müstəntiq həmkarına vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün onun vasitəsilə beş milyon rubl rüşvət almağı təklif edib.
Anar Əli