Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 15:50
Tverdə cinsiyyət orqanını uşaqlara göstərən şəxs həbs edilib.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, o Rusiya Federasiyası Cinayət Məcəlləsinin 12 ildən 20 ilədək həbslə hədələyən xüsusilə ağır maddəsi ilə ittiham olunub. Agentliyin məlumatına görə, bir müddət əvvəl 46 yaşlı kişi yaşayış binasının girişində 11-12 yaşlı üç məktəbli qıza yaxınlaşaraq cinsi orqanını göstərib. Bu barədə evdə olan qızlardan biri atasına danışıb, ata da polisə şikayət edib. Rayon Polis Şöbəsinin əməkdaşları və əməliyyatçılar sakinləri ev-qapı gəzərək evin girişindəki və həyətindəki müşahidə kameralarının qeydlərini öyrəniblər.
Zərərçəkənlərin sözlərindən cinayəti törətdiyi iddia edilən şəxsin görünüşünün təsviri tərtib edilib. Tezliklə məlum olub ki, cinayəti törədən şəxs məktəbli qızlardan birinin qonşusu olub. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Seksual xarakterli zorakılıq hərəkətləri" maddəsi ilə ittiham olunur. Həmin şəxs saxlanılıb, o, hərəkətini spirtli içkinin təsiri ilə izah edib. Polis onun oxşar cinayətlərdə iştirakını araşdırır.
Anar Əli