Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək” - Bayden

“ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək” - Bayden

Tarix: 24 Fevral 2022 23:38

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək.

"Bir daha təkrar edirəm ki, bizim hərbi qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişəyə cəlb edilməyəcək. Bizim hərbi qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün göndərilib", - Bayden telemüraciətində deyib.

ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə danışmaq fikrində olmadığını bildirib.

"Mənim (Putinlə - red.) danışmaq fikrim yoxdur", - deyə Bayden bununla bağlı sualı cavablandırıb.

Amerika rəhbəri həmçinin deyib ki, o, Almaniyaya daha çox ABŞ əsgəri göndərilməsinə icazə verib.

Milli.Az


Etiketlər:  ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ