Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Odessada qalan oğlumun yanına gedə bilmirəm" - Ukraynada yaşayan Vaqif

Tarix: 25 Fevral 2022 18:38

Kiyevdə yaşayan müğənni Vaqif Nağıyev Ukraynadakı vəziyyətlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda ailəsinin başqa şəhərdə olduğunu və onların yanına gedə bilmədiyini vurğulayıb:

"Fevralın 24-də güclü partlayış səsləri ilə oyandım. Evimdən 300 metr kənara mərmilər düşmüşdü. Odessada olan oğlumun yanına gedə bilmirəm. Qızım hər bir partlayış səsindən qorxur. Ən dəhşətlisi isə odur ki, biz bununla heç nə edə bilmirik. Bunu düzəldə bilmirik.

Yalnız bir şey demək istəyirəm: sülh istəyirik. Övladlarımız müharibə haqda məlumatı ancaq kitablardan oxusunlar. Onların müharibə görmələrini istəmirik. XXI əsrdə yaşayırıq, müharibəyə "yox" deyirik".

Milli.Az


Etiketlər:  Odessada qalan oğlumun yanına gedə bilmirəm Ukraynada yaşayan Vaqif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ