Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqında səyahətlərin yeni qaydaları tətbiq ediləcək

Avropa İttifaqında səyahətlərin yeni qaydaları tətbiq ediləcək

Tarix: 25 Fevral 2022 21:40

Brüsseldəki Avropa Komissiyası pandemiyadan sonrakı dövrdə turistlərin səyahətləri üçün yeni qaydalar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqında bəyənilmiş preparatlarla tam immunlaşma kursu keçmiş turistlər 2022-ci il martın 1-dən etibarən bütün Aİ məkanında maneəsiz səyahət edə biləcəklər. Bu halda turistlər ya hər üç peyvəndin, o cümlədən buster vaksin dozasının qəbul edilməsi haqqında sertifikat, ya da müvafiq mobil əlavə təqdim etməlidirlər. Həmin əlavəni turistlərdən istənilən yerdə tələb edilə bilər. Brüsselin bu qərarı pandemiyanın inkişafına, əhalinin vaksinasiya və vaksinin buster dozaları ilə əhatə edilməsi həcminin artmasına, habelə sertifikatlara ekvivalent rəqəmsal sənədlər verən ölkələrin sayının artmasına cavab olub.

Xatırladaq ki, rəqəmsal sertifikatlar peyvəndlənmədən 14 gün sonra qüvvəyə minir və əsas immunlaşma kursundan sonra buster peyvəndi alınana qədər 270 gün etibarlı sayılır. Koronavirus xəstəliyi keçirmiş şəxslərin səyahət etmələrinə onlar sağalandan sonra 180 gün müddətində icazə veriləcək.

Milli.Az


Etiketlər:  Avropa İttifaqında səyahətlərin yeni qaydaları tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ