Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda evdən 4700 manat oğurlayan Qax sakini saxlanılıb

Bakıda evdən 4700 manat oğurlayan Qax sakini saxlanılıb

Tarix: 6 Sentyabr 2019 19:15

Bakı. Trend:

Bakıda evdən 4700 manat oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda evdən 4700 manat oğurlayan sakini saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ