Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya klubunun avtobusunda bomba partladı, yaralılar var

Braziliya klubunun avtobusunda bomba partladı, yaralılar var

Tarix: 26 Fevral 2022 08:42

Braziliyanın "Bahiya" klubunun avtobusunda bomba partlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi paylaşım edib.

Futbolçuları Boliviyanın "Sampayo Korre" komandası ilə matça aparan avtobusa naməlum şəxslər tərəfindən bomba yerləşdirilib.

Partlayıcı "Fonte Nova" stadionuna çatanda işə düşüb. Partlayış nəticəsində klubun 3 futbolçusu yaralanıb. Üzündən, boynundan və ayaqlarından xəsarət alan qapıçı Danilo Fernandesin vəziyyətinin ağır olduğu bildirilir.

Maraqlıdır ki, partlayışa və üç oyunçusunun xəsarət almasına baxmayaraq, hakim bütün iştirakçılarla razılaşaraq, matçın baş tutmasına icazə verib. Braziliya təmsilçisi matçı 2:0 hesablı qələbə ilə başa vurub.

Milli.Az


Etiketlər:  Braziliya klubunun avtobusunda bomba partladı yaralılar var


RƏYLƏR