Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 18:32
Yer planeti şüurlu varlıq ola bilər.
Belə bir fərziyyəni Roçester Universitetinin (Nyu-York, ABŞ) astrofizikləri irəli sürüblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar planetdə Yer kürəsinin şəxsiyyət xüsusiyyətlərinə malik olduğunu göstərən əlamətlər tapıblar.
Alimlər öz iddialarının əsası kimi hələ 1970-ci ildə britaniyalı klimatoloq Ceyms Lavlok və amerikalı mikrobioloq Lin Marqulis tərəfindən irəli sürülən Qeya hipotezini xatırladıblar. Bu fərziyyəyə görə, Yer fizioloji sistemdir və planetdəki bütün həyat özünütənzimləmə mexanizminə malik nəhəng superorqanizm olan Qeyanı əmələ gətirir.
Roçester Universitetinin astrofiziklərinin fikrincə, bu fövqəlorqanizmin də şüuru var.
Mütəxəssislərin fikrincə, indi planetar intellektin nə olduğunu və onun dünya üçün nə qədər əhəmiyyət kəsb etdiyini öyrənmək vacibdir.