Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin son əmri NATO-nu ''silkələdi''

Putinin son əmri NATO-nu ''silkələdi''

Tarix: 27 Fevral 2022 20:30

Rusiya Prezidenti Vladimir Putinin Qərbin aqressiv bəyanatlarına cavab olaraq bu ölkə ordusundakı xüsusi qüvvələrin ciddi döyüş növbətçiliyinə keçməsi barədə əmri NATO-nun, eləcə də Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Prezident Putinin yeni bəyanatları Rusiyadan son aylarda və xüsusən də son həftələrdə eşitdiklərimizə aqressiv ritorika əlavə etdi", - o CNN-ə deyib: "Bu, NATO-nun Şimali Amerika və Avropa müttəfiqlərinin birliyinin vacibliyini vurğulayır".

"Mən ABŞ-ın Avropaya əlavə qüvvələr göndərməsi liderliyini yüksək qiymətləndirmək istərdim", - Stoltenberq əlavə edib.

Onun sözlərinə görə, NATO Rusiyadan birbaşa təhlükə görmür. "Biz dərhal təhlükə görmürük, lakin Ukraynaya qarşı güc tətbiq etməklə və həmçinin NATO müttəfiqlərini hədələməklə əsas təhlükəsizlik dəyərlərimizə meydan oxuyan daha aqressiv Rusiya görürük", - Stoltenberq bildirib.


Etiketlər:  Putinin əmri NATO silkələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ