Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq'' – Perişiç

“Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq'' – Perişiç

Tarix: 7 Sentyabr 2019 10:00

Xorvatiya millisinin futbolçusu İvan Perişiç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə məğlub etdikləri oyunu (4:0) şərh edib.

Qol.az xəbər verir ki, o, deyib: "Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq". 30 yaşlı yarımmüdafiəçi bildirib ki, etdikləri hər hücumda qol şansı yarada biliblər. Almaniya "Bavariya"sında çıxış edən oyunçu yığmaya cəlb olunan gənc futbolçulara kömək etməli olduqlarını vurğulayıb.

Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan Perişiç sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla matçın vacibliyinə də toxunub: "Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Azərbaycanı məğlub etməsək qələbənin heç əhəmiyyəti olmayacaq Perişiç


RƏYLƏR