Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyl Azərbaycanla oyundan danışdı

Beyl Azərbaycanla oyundan danışdı

Tarix: 7 Sentyabr 2019 11:32

"Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq".

Qol.az AFP-yə istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.

30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya "Real Madrid"ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: "Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını evdə Xorvatiyaya qarşı keçirəcək. "Bakcell Arena"dakı matç sentyabrın 9-da saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Beyl Azərbaycanla oyundan danışdı


RƏYLƏR