Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 08:02
Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiyanın MOİK, "Zenit" və UNIKS basketbol klubları Avroliqadan, "Lokomotiv-Kuban" isə avrokubokdan kənarlaşdırılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, basketbol təşkilatları Rusiya klublarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bildirilib ki, ruslar Ukrayna ilə mübarizəni davam etdirsələr, onların nəticələri də ləğv ediləcək.
Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Bundan başqa, Avropa Həndbol Federasiyası (EHF) da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.