Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faydaları saymaqla bitməyən təbii qarışım - damarları təmizləyir, immuniteti gücləndirir...

Faydaları saymaqla bitməyən təbii qarışım - damarları təmizləyir, immuniteti gücləndirir...

Tarix: 3 Mart 2022 23:03

Oxucularına tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edirik.

Bu qarışımın tükənməz faydalarını qarışımı içdikcə görəcəksiniz. Qarışım qan dövranını normallaşdırır. Qanazlığını aradan qaldırır. Bədən soyuqluğunu götürür, qanı durulaşdırır,  beyin qan dövranını yaxşılaşdırır, immunteti gücləndirir, xolesterini aşağı salır, ürəyi qoruyur, ürək çatışmazlığında faydalıdır, revmatizmdə və revmatoidli poliartritdə , reyno xəstələri üçün faydalıdır. Göz zəifliyində, əllərin əsməsində,  zob xəstəliyində, hormonal pozğunluqlarda, prostat hiperplaziyalarında, qadın xəstəliklərində adət pozğunluqlarında, marstopatiyalarda, ağciyər xəstəliklərində bronxitlərdə, faringitlərdə, pnevmoniyalarda, "buzlu şüşə" sindromunda həm uşaqlar, həm qadınlar, həm də kişilər üçün faydalıdır. Məcunu gündən günə içdikcə faydalarını görəcəksiniz.

Lazım olanlar:

- Bal 1 kq

- Təzə zəncəfili 500 qram

- Ud hindi tozu 200 qram

- Təzə reyhan 15 ədəd.

- Limon şirəsi 1 stəkan.

Əvvəlcə bal ilə ud hindi tozunu bal ilə bir qabda qarışdırıb qara kağıza və ya adi qəzet kağızına büküb pəncərəyə qoyun ki, üzərinə günəş düşə bilsin, qarışımı gündə bir-iki dəfə qarışdırmaq lazımdır. 10 gündən sonra təzə zəncəfilin üzərini qaşıqla qaşıyıb soyduqdan sonra təzə reyhanla birlikdə ət maşından keçirib hamısını birlikdə bala qarışdırıb, sonra limon şirəsini də qarışdırıb  soyuducuya qoyursunuz. Gündə 1 dəfə qarışdırmaq şərtilə soyuducuda saxlayırsınız. 3-cü günündən sonra istifadə edə bilərsiniz. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl (mədə problemi olanlar yeməkdən 2 saat sonra) 1-2 xörək qaşığı yarım və ya bir stəkan suya qarışdırıb içə bilərsiniz.

Saglamolun.Az


Etiketlər:  Faydaları saymaqla bitməyən təbii qarışım damarları təmizləyir immuniteti gücləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ