Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib

Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib

Tarix: 8 Sentyabr 2019 02:04

Bakı. Trend:

Son bir neçə sutka ərzində bir qədər zəifləyən Atlantik okeanında Dorian qasırğası yenidən Saffir - Simpson şkalası üzrə ikinci dərəcəyə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi deyib.

Mərkəzin son hesablamalarına görə, atmosfer fenomeni daxilində küləyin maksimal sürəti 44,7 m/s-dən çoxdur.

Küləyin bu cür əsməsi ağacların yıxılmasına və ya pəncərələrin şüşələrinin qırılmasına səbəb ola bilər.

Qasırğa indi Kanadanın Qalifaks (Yeni Şotlandiya vilayəti) liman şəhərindən təxminən 225 km cənub-qərbdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ