Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzası: ölən və yaralananlar var - FOTO

Bakıda yol qəzası: ölən və yaralananlar var - FOTO

Tarix: 5 Mart 2022 08:44

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospektinin üzü "Koroğlu" metrostansiyası istiqamətində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Vidalı Fərhad Namiq oğlu idarə etdiyi "BMW"-də sükana nəzarəti itirib.

Nəticədə avtomobil prospektin işıqlandırma dirəyinə çırpılıb.

Qəza zamanı sürücü F.Vidalı və sərnişin 2001-ci il təvəllüdlü Xankişiyeva Nərmin Xankişi qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Adı açıqlanmayan digər sərnişin isə zərbənin təsirindən avtomobildə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Bakıda yol qəzası ölən yaralananlar var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ