Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada qaz həftə ərzində iki dəfədən çox bahalaşıb

Avropada qaz həftə ərzində iki dəfədən çox bahalaşıb

Tarix: 5 Mart 2022 11:48

Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 4 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 303 dollar təşkil edib, bu da gün ərzində 27%-lik artım deməkdir.

Qeyd edək ki, həftə ərzində Avropada qazın qiyməti 119% artıb.

Xatırladaq ki, 4 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 411,3 dollaradək yüksəlib.


Etiketlər:  Avropada həftə ərzində dəfədən çox bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ