Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna məşhur rejissoru beynəlxalq axtarışa verdi

Ukrayna məşhur rejissoru beynəlxalq axtarışa verdi

Tarix: 5 Mart 2022 15:55

Ukraynanın baş prokuroru İrina Venediktova "Facebook" səhifəsində rejissor Nikita Mixalkovla bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, rejissorun qiyabi həbs edildiyini açıqlayıb.

"Rəsmi olaraq sizə bildirirəm ki, Ukraynanın müstəqil, suveren, ədalətli məhkəməsi sizi şübhəli şəxs qismində həbs-qətimkan tədbiri ilə sizi məhkəməyə gətirmək məqsədilə prokurorlara sizi həbs etməyə icazə verib" deyə, açıqlamada yer alıb. Əlavə edilib ki, rejissorun beynəlxalq axtarışa verilməsi ilə bağlı rəsmi prosedura artıq başlanılıb.

İ.Venediktova onu da bildirib ki, N.Mixalkov istənilən sivil dövlətin sərhədini keçərkən saxlanıla bilər.

Ukraynanın "Strana.ua" nəşri yazır ki, Ukrayna Təhlükəsizlik Xidməti N.Mixalkovu hərbi əməliyyatları dəstəkləyən bəyanatlarına görə onun ölkənin ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilir.


Etiketlər:  Ukrayna məşhur rejissoru beynəlxalq axtarışa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ