Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2019 15:16
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
İmtahanda iştirak edən 237 namizəddən 189 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin